About Us
Who We Are
A Few Words About
Our Values
We are proud to introduce our principles of production to our customers
Produced in Azerbaijan
Unikal texnologiya və təbii istehsalat.
Şəxsi istehsalımızın açılışından əvvəl mütəxəssislərimiz tərəfindən bir neçə il davam edən axtarışlar aparılmış və bu da bənzərsiz bir təbii emal texnologiyasının yaradılmasına gətirib çıxarmışdır. Bizim dərilərin aşılanması və boyanması Azərbaycan florasının nümayəndələri olan bitkilər vasitəsilə yalnız təbii metodlarla həyata keçirilir. Texnologiyamızın tətbiqi kimyəvi işləmə metodlarından istifadə etmədən əla keyfiyyətə nail olmağa imkan verir. Dərilərimizin yumşaqlığı və ipək kimi zərifliyi bitkilərin xoş ətri ilə vəhdət yaradır və Sizi Azərbaycanın dağlarının və düzənliklərinin vəhşi təbiətinin ab-havasına aparır.
Ekoloji cəhətdən uyğunluq
Bizim istehsal texnologiyası tamamilə ekoloji cəhətdən təmizdir. Ən birinci mərhələsi olan yaş dərilərinin yığılması və son məhsulun alınmasına qədər təbii konservasiya və dezinfeksiya metodlarından istifadə olunur. Bu metodlar ətraf mühiti tez-tez dəri istehsalı ilə yanaşı gedən xoşagəlməz qoxulardan və digər çirklənmədən habelə başlanğıc materialının təbii gözəlliyini və fakturasını maksimal dərəcədə qorumağa imkan verir.